Müğənni Vüqar Muradov sosial şəbəkədə paylaşım edərək, atası sağlığında ona dediyi nəsihəti xatırlayıb: “Atam deyirdi ki, kişinin yanında qadını olar, dərd ortağı olar, amma mən bunun fərqinə varmırdım.”
Sənətçi, ailə həyatı qurmamasına görə peşman olduğunu bildirib.
Son günlər virus infeksiyası ilə mübarizə aparan Vüqar Muradov, səhhətindəki problemlərdən də söz açıb: “İki gündür ağır qızdırma və anginadan sağala bilmirəm. Hər kəs özünədir. Ruhun şad olsun, atam! Qadının necə böyük qüvvə olduğunu indi tam anladım. Qadınsız kişi heç kimə lazım deyilmiş. Yıxılıb ölsən, heç kim xəbər tutmaz.”