Vüqar əbdülovdan Brilliant Dadaşovaya Tənqid: Efirə Sanballı çıx!

News Image

Meyxanaçı Vüqar Əbdülov son zamanlar bəzi müğənnilərin ifa etdiyi mahnılara münasibət bildirib. O, ifaçıların bazara düşmək üçün oxuduqları mahnıları tənqid edərək, bu cür ifaların onlara yaraşmadığını vurğulayıb.

Vüqar Əbdülov “Afaqla 10-lar” verilişində Xalq artisti Brilliant Dadaşovaya da iradını bildirib. O, Dadaşovanın repertuarına uyğun olmayan mahnılar ifa etdiyini qeyd edərək, sənətçinin efirə daha sanballı çıxmasını tövsiyə edib.

Əbdülov, “Brilliant Dadaşovanın özünə də dedim: ‘Hacının bir yarı vardı’. Sən ‘Sevəcəyəm’ oxuyan adam… Belə mahnıları oxumurlar deyə, biz qalırıq belə ki, nə yazım? Məclisdə oxu, Allah xeyrini versin. Məclisdə hər şey olar. Efirə, radiolara vermə. Qoy başqası paylaşsın, siz səhifənizdə paylaşmayın. Radioya, efirə sanballı çıx. Özünə qadağa qoy ki, bunu oxuya bilmərəm. Mən özümə qadağa qoyuram. Öz mahnılarımdan başqa başqa mahnı oxumaram. Toyda hər şey oxuyursan” – deyə fikrini ifadə edib.

0