Mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyaldan ürək parçalayan paylaşım.
Röyal xanımı ilə olan şəklini paylaşaraq, dərin kədərini ifadə edib. O bildirib ki, heç bir paylaşım və ya yazı ona təsəlli vermir, çünki Tünzaləsiz həyatında böyük bir boşluq yaranıb.
“Həyatıma rəng qatan, mənə yaşamağı öyrədən Tünzaləm…” – deyə Röyal qeyd edib. Onun sözlərinə görə, Tünzalə ona sevgini və həyatın dəyərini öyrədib.
“Hər şeyi özü ilə apardı, amma mənə söz verdi ki, bir gün yenidən qovuşacağıq” – deyə Röyal bildirib. Bu sözlər izləyiciləri olduqca duyğulandırıb.
Xatırladaq ki, Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.