Türkiyənin məşhur “Veliaht” serialı gözlənilən reytinqləri əldə edə bilmədiyi üçün final qərarı alıb. Serial 26-cı bölümü ilə vida edəcək.
Show TV-də yayımlanan, FARO və Gold Yapım istehsalı olan serialın çəkilişləri Karsda tamamlanıb. Komanda son bölüm üçün İstanbula qayıdacaq.
Serialda Zaferin ölümü Sezen Aksunu təsirləndirib və o, “Kar” adlı mahnı yazıb.
Jurnalist Birsen Altuntaş bildirib ki, final qərarı iqtisadi səbəblərdən irəli gəlib. Layihə zərərlə işlədiyi üçün 26-cı bölümdə bitəcək.