Semiramis Pekkan xərçəngdən sağaldığını elan etdi
Müğənni Semiramis Pekkan, bir müddətdir davam edən xərçəng müalicəsindən sonra sağaldığını açıqlayıb. O, kimyaterapiya prosesinin bitməsini şarlar uçuraraq qeyd edib.
77 yaşlı sənətçi, bu xoş xəbəri özünün İnstagram hesabında bölüşüb. O, paylaşımında kimyaterapiyanın bitdiyini və şarların göyə yüksəldikcə bütün çətinliklərin geridə qalacağına ümid etdiyini bildirib.
Semiramis Pekkanın bu sevincli anı, izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb.