şair Cığatel İsaqızı: Nəvəm öləndən Sonra Yaşamağın Mənası Yoxdur

News Image

Şair Cığatel İsaqızı efirdə göz yaşlarını saxlaya bilməyib

Şair Cığatel İsaqızı “Rəngarəng” verilişində qəzada dünyasını dəyişən nəvəsi Süleyman haqqında danışarkən duyğusal anlar yaşayıb. Onun sözləri studiyadakı qonaqları da kövrəldib.

Sənətçi atasını böyük sevgi ilə xatırladığını bildirib: “Dünyasını dəyişən atamı bu gün də sevirəm. Bu yaşımda hər gün atamdan danışıram. Mənim varlığım, dünyam atam olub”.

“Nəvəmin itkisi mənim üçün ən ağır sınaq oldu”

Cığatel İsaqızı həyat yoldaşının, qardaşlarının və bacısının vəfatından sonra yaşamağa səbəb tapdığını, lakin nəvəsinin ölümündən sonra həyatının mənasız olduğunu vurğulayıb: “Atam, anam, qardaşlarım, həyat yoldaşım dünyasını dəyişdi, yenə də yaşamağa bir səbəb tapdım… Amma nəvəm Süleyman öləndən sonra yaşadığım həyat artıq əvvəlki kimi deyil”.

O, nəvəsinin itkisinin onun üçün ən ağır sınaqlardan biri olduğunu qeyd edib: “Süleyman öləndən sonra mənim yaşamağımın nə mənası var?”

Şairin bu sözləri studiyada və tamaşaçılarda dərin təsir oyadıb.

3