Kriştiano Ronaldo bu dəfə romantik jesti ilə gündəmə gəlib. Məşhur futbolçu sevgilisi Georgina Rodriguez üçün 37.5 milyon dollar dəyərində ulduz alıb. Bu xəbər sosial mediada böyük marağa səbəb olub.
Fanatlar təəccüblərini gizlədə bilməyiblər. Bəziləri bu jesti təkrarsız adlandırsa da, digərləri xəbərin doğruluğuna şübhə ilə yanaşıb. Cütlük hələlik bu iddia ilə bağlı rəsmi açıqlama verməyib.