Rep dünyasında şok: Blok3 və prodüserinə qarşı ciddi ittihamlar!
Türkiyəli musiqi meneceri Ferhat Karagözün şikayəti əsasında hazırlanan iddianamədə məşhur repçi Blok3 və onun prodüseri Maruf Yöntürkə qarşı olduqca ciddi ittihamlar səsləndirilib.
İddianamədə onlara silahla hədələmə və quldurluğa cəhd kimi ağır cinayətlər üzrə ittiham irəli sürülüb. Prokurorluq hər iki şəxs üçün 12 il 4 aydan 25 ilə qədər həbs cəzası tələb edir.
Məlumata görə, istintaq menecerin şikayəti əsasında başlayıb. Hadisə ilə bağlı kifayət qədər sübut toplanaraq məhkəməyə təqdim edilib. Hazırda iş üzrə araşdırmalar davam etməkdədir.
Bu hadisə Türkiyə rep sənətində böyük rezonans doğurub. Sosial mediada sənətçinin fanatları və digər istifadəçilər bu məsələ ilə bağlı müxtəlif fikirlərini bölüşürlər.