Məşhur türk müğənni Rafet El Roman üçüncü dəfə nikah masasına oturmağa hazırlaşır. Sənətçi şəxsi həyatı ilə bağlı sensasion açıqlamalar verib. Jurnalistlərin suallarını cavablandıran El Roman, yanında olan xanımın musiqi müəllimi və müğənni Aleyna İlhan olduğunu bildirib.
O, barmağındakı üzüyü göstərərək, təxminən üç ay əvvəl nişanlandığını qeyd edib. Müğənni bildirib ki, nişanlısı Aleyna İlhan onun yaxın dostudur və azərbaycanlıdır. Toy tarixi hələ dəqiq olmasa da, El Roman evliliyə müsbət baxır: “Mən heç vaxt evliliyə qarşı olmamışam.”