özbək “həkim” İqbol Soliyev Elçin Hüseynovun Evində Qonaq Olubmu? şok İddia!

News Image

Bakıda qalmaqallı özbək “həkim” İqbol Soliyevin məşhur müğənni Elçin Hüseynovun evində qonaq olması xəbəri gündəmə bomba kimi düşüb.

Müğənninin köməkçisi Zəminə Rüstəmova bu iddialara aydınlıq gətirərək bildirib ki, İqbol Soliyev Elçin Hüseynovun yox, onun yaxın dostunun evində qonaq olub.

Zəminə Rüstəmova açıqlamasında, “İqbol Soliyevin Azərbaycana gəlişi və şəfa verməsi xəbəri yayılıb. Elçin müəllimin anası yerimə məhdudiyyəti yaşayır. Bir çox həkimə müraciət etdik, lakin heç bir nəticə əldə olunmadı. Anasının sağalması üçün əlindən gələni edir. Bu səbəbdən anasını İqbol Soliyevin yanına apardıq. İqbol Soliyev bir neçə dəfə gətirməyi tövsiyə etdi, lakin daha sonra aparılmadı. Anasının yerimə məhdudiyyəti olduğuna görə onu harasa aparmaq çox çətindir. Anası özü də istəmədi,” – deyə qeyd edib.

Zəminə Rüstəmova həmçinin müğənninin anasının digər alternativ tibb mütəxəssislərinin nəzarətində olduğunu vurğulayıb.

Xatırladaq ki, İqbol Soliyev daha öncə Özbəkistanda qanunvericiliyi pozduğuna görə 15 sutka həbs edilib.