Xalq artisti Niyaməddin Musayev maraqlı açıqlaması ilə diqqət çəkib.
Müğənni bildirib ki, bir dəfə qardaşı ona irad tutaraq, rayon camaatının onun xarici görünüşü ilə bağlı narazılığını çatdırıb: “Qardaşım dedi ki, məni biabır etmisən. Rayonda deyirlər ki, bu nə saçdır, get onu qırxdır, adam kimi geyin”.
Niyaməddin Musayev qardaşının bu sözlərinə belə reaksiya verib:
“Gedib saçımı yığdım, başıma da papaq qoydum. Gəlib dedim ki, necədir? Baxdı ki, get, öz geyimini geyin. Bunu qırxdırsam, nə olacaq?! Necə varamsa, eləyəm. Qəbul edirsiniz edin, etmirsiniz etməyin. Dünyamı dəyişəndə də bu cür olacağam”.