Türk kinosunun tanınmış aktrisası Nebahat Çehrə ana olmamağı ilə bağlı etirafı ilə diqqət çəkib. Karyerasına üstünlük verdiyi üçün ana olmaq şansını itirdiyini düşünən aktrisa, bu qərarından peşman olduğunu bildirib.
Nebahat Çehrənin sözlərinə görə, əgər analığın ömürlük bir məsuliyyət olduğunu dərk etsəydi, mütləq ana olardı. Lakin o dövrdəki şərtlər və karyera ambisiyaları onu bu seçimdən uzaqlaşdırıb. İndi isə geriyə boylananda içində bir peşmanlıq hissi yaşadığını qeyd edir.