Məşhur aparıcı Nanə Ağamalıyeva uzun müddətli fasilədən sonra yenidən efirə qayıdır. Bu xəbəri ATV kanalının Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli təsdiqləyib. O bildirib ki, Nanə Ağamalıyeva yaxın günlərdə tamaşaçıların görüşünə gələcək.
“Nanəli” verilişi tamamilə yeni formatda və yeni studiya dekorasiyası ilə efirə qayıdır” – deyə Ozal İbrahimli əlavə edib.
Xatırladaq ki, Nanə Ağamalıyeva ötən il “7 Tamam” proqramının aparıcısı olub. Lakin proqramın yayımı dayandırılmışdı. Bu mövsüm isə Nanə heç bir layihədə iştirak etməyib.