Aparıcı Nanə Ağamalıyeva uzun müddətlik fasilədən sonra yenidən televiziya ekranlarına qayıdır. Bu xəbəri ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli təsdiqləyib.
Ozal İbrahimli bildirib ki, Nanə Ağamalıyeva yaxın günlərdə tamaşaçıların görüşünə gələcək. Məşhur aparıcının yeni layihəsi yeni formatda və tamamilə fərqli studiya dekorasiyası ilə efirə qayıdacaq.
Xatırladaq ki, Nanə Ağamalıyeva daha əvvəl “7 Tamam” proqramına aparıcılıq edirdi. Lakin proqramın yayımı dayandırılmışdı. Ötən mövsüm ərzində isə aparıcı heç bir verilişlə efirə çıxmamışdı.