Müğənni Nadir Qafarzadə Azərbaycanın “Avroviziya” təmsilçisi Cəmilə Həşimovanın (JIVA) “Just Go” mahnısı haqqında danışıb. O, bildirib ki, “Avroviziya”da birinci yer tutmaq vacib deyil, çünki bu, heç kimə lazım deyil.
Nadir Qafarzadə mahnını adi hesab edir:
“Bəzən elə olur ki, bizim bəyənmədiyimiz mahnı uğur qazanır. Bu mahnı da gözlənilmədən uğurlu ola bilər”.
O, Cəmilə Həşimovanın güclü ifaçı olduğunu vurğulayıb:
“Onun səs tembri xoşuma gəlir. Röya ilə duetini dinləmişəm və çox bəyənmişəm”.
Qeyd edək ki, Cəmilə Həşimova “Just Go” mahnısı ilə Azərbaycanı “Avroviziya 2024″də təmsil edəcək. Mahnı sevgi, kədər və daxili güc haqqında emosional bir balladadır. Mahnının