Amerikalı müğənni Madonna 24 illik fasilədən sonra yenidən aktrisa kimi fəaliyyətə başlayır. Məşhur sənətçi, “Kino Studiyası” serialının ikinci mövsümündə rol alacaq.
Madonna sonuncu dəfə 1980-2000-ci illərdə aktiv şəkildə filmlərdə çəkilib. Onun ən yadda qalan rolu 1996-cı ildə Alan Parkerin rejissorluğu ilə çəkilən “Evita” filmindəki Eva Peron obrazı olub. Daha sonra, 2002-ci ildə “Swept Away” və “Die Another Day” filmlərində də rol alıb.
Xatırladaq ki, Madonna öz bioqrafik filminin ssenarisi üzərində uzun müddətdir çalışır və filmi şəxsən özü rejissorluq etmək niyyətindədir. 2024-cü ildə yayılan məlumatlara görə, baş rolu Culia Qarner canlandıracaq.