Aparıcı Mətanət Əliverdiyeva Aygün Kazımovanın yeniliklərə öncülük etdiyini və hər kəsin ondan nümunə götürdüyünü bildirib.
Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində Aygün Kazımova haqqında danışıb. O, həmçinin Xalq artisti Röya Ayxanı da səmimiyyətinə görə yüksək qiymətləndirib.
Aparıcı qeyd edib ki, Aygün Kazımova və Röya Ayxan etdikləri estetik prosedurları gizlətmirlər. Mətanət Əliverdiyeva bəzi insanların isə əməliyyat etdirmədiklərini iddia etməsinə ironiya ilə yanaşıb. O vurğulayıb ki, sənət adamları səhnədə gözəl görünmək üçün müəyyən prosedurlar etdirirlər və bundan çəkinməməlidirlər.