Əməkdar artist Lalə Məmmədova valideynlərə çağırış edib.
Müğənni bildirib ki, övladlar 17-18 yaşından sonra öz həyatlarını qurmalıdırlar: “Mənim iki qızım var. Böyük qızım ikinci kursda oxuyur. Tətildə işləyir, istəmir mənim qızım olduğunu bilsinlər. Mən qızımı alqışlayıram. O, 18 yaşından ayaq üstə durmağı öyrənib”.
Lalə Məmmədova oğlan uşaqlarını böyüdən analara da müraciət edib: “Oğulları çox nazlayırıq, olmaz. Qızlar səhər yatağını yığmasa deyinirik, amma oğlanlara “mən yığışdıraram” deyirik. Oğlanları əsgər kimi böyütmək lazımdır. Ev bölgüsündə deyirlər ki, qız ərə gedəcək, ev oğlana qalsın. Amma oğlan işləyib ev almalıdır”.
Sənətçi qadınların həyatda hər şeyə hazır olmasının vacibliyini vurğulayıb.