Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni imici ilə gündəmə bomba kimi düşüb. Aktyor, saçlarını daha açıq sarı rəngə boyadaraq tamamilə fərqli bir görkəm əldə edib.
Stilist Önder Tiryaki tərəfindən hazırlanan bu yeni saç rəngi, sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər, Tatlıtuğun bu dəyişikliyini müxtəlif şərhlərlə qarşılayıblar.
Aktyorun həyat yoldaşı Başak Dizer də bu dəyişikliyə biganə qalmayıb. O, sosial media hesabında ərinin yeni görünüşünü paylaşaraq zarafatla “Pişşt, artist misin?” qeydini əlavə edib. Bu paylaşım, qısa zamanda çox sayda bəyənmə və rəy toplayıb.