Kamil Zeynallı Və şəbnəm Tovuzlunun Görüntüsü Maraq Doğurdu – Vi̇deo

News Image
thumb
thumb

Fitness məşqçisi Kamil Zeynallı və müğənni Şəbnəm Tovuzlunun birgə görüntüsü sosial mediada böyük marağa səbəb olub.

Tanınmış jurnalist Şahin Cavadsoy tərəfindən yayımlanan bu görüntülərdə Kamil Zeynallının Şəbnəm Tovuzlunun arıqlaması ilə bağlı zarafatları diqqət çəkib.

Kamil Zeynallı müğənninin arıqlama sirrini açıqlayarkən bunları qeyd edib:

“Mən Şəbnəmi idman zalından çıxara bilmirəm. Səhər gəlib axşam çıxır (gülür). Həm idman edir, həm də pəhriz saxlayır. Bir də ki, stress yaşayır. Stress də insanı arıqladır.”

Məşqçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər Şəbnəm Tovuzlunun qısa müddətdə formaya düşməsini həm idman, həm də pəhrizlə əlaqələndiriblər.

0