İzzət Bağırovdan Geyiminə Edilən Tənqidlərə Səs Küylü Cavab

News Image

İzzət Bağırov illər əvvəlki kostyumlarını ələ salanlara cavab verdi.

Müğənni arxiv görüntülərinin paylaşımlarına etiraz edərək, gənclərə səslənib:

“Geridüşüncəli insanlar geyimimi ələ salırdılar. Amma anlamırlar ki, həmin geyimlər dəb olanda heç ata-anaları tanış olmamışdı. 50 yaşım var, 37 ildir səhnədəyəm. O vaxt dəb idi, şalvarlarda qat varıydı. Böyük yaxalıqlı köynəkləri mən dəbə gətirdim. Mağazalar həmin köynəyi mənim adımdan satırdılar. Mənim hesabıma həmin köynəkləri satıb pul qazanırdılar. Mənə isə ikiqat qiymət deyirdilər, heç hədiyyə də vermirdilər”.