Hüseyn Məhəmmədoğludan şok Etiraf: 3 Evimi, Maşınımı Keçmiş Ailəmə Verdim!

News Image

Tanınmış klarnet ustası Hüseyn Məhəmmədoğlu, keçmiş ailəsi ilə bağlı etirafları ilə gündəmə damğa vurub.

Sənətçi, ilk evliliyindən olan övladlarına göstərdiyi dəstəyi açıqlayaraq, onları maddi cəhətdən necə təmin etdiyini dilə gətirib.

Sosial şəbəkələrdə ünvanlanan tənqidlərə cavab verən Məhəmmədoğlu, “Mən Aysel xanımla efirdə olarkən onun müsbət xüsusiyyətlərini vurğuladıqda, dərhal ‘ikinci ailə şirin olur’ kimi fikirlər yazırlar. Amma siz mənim birinci ailəm üçün nələr etdiyimi bilmirsiniz,” deyə vurğulayıb.

O, əlavə edib ki, övladları üçün hər zaman əlindən gələni edib: “Onlara halal xoş olsun, onlar mənim övladlarımdır. Nələr etdiyimin şahidi Allahdır. Üç evim var idi, hamısını onlara bağışladım. Hətta bir avtomobil də verdim. Evdən yalnız musiqi alətimi və bir pencəyimi götürüb çıxdım ki, hər şey övladlarımın olsun.”

Milyonların Marağına Səbəb Olan Etiraf

Bu səmimi etiraf, sosial mediada geniş müzakirələrə yol açıb. İzləyicilər arasında müxtəlif fikirlər səsləndirilib. Bəziləri sənətçinin bu davranışını alqışlasa da, digərləri mövzuya fərqli prizmadan yanaşıb.

0