“Konuşanlar” proqramı ilə məşhurlaşan komediyaçı Hasan Can Kaya şəxsi həyatında mühüm addım atır. Uzun müddət sevgisini gizli saxlayan Kaya, nəhayət münasibətini rəsmiləşdirməyə qərar verib.
Məşhur komediyaçı, rəssam olan sevgilisi ilə 29 mart tarixində nişanlanacaq. Cütlüyün indiyədək münasibətlərini ictimaiyyətdən kənarda yaşaması diqqət çəkir. Nişan xəbəri sosial mediada sürətlə yayılıb və böyük maraqla qarşılanıb.
Nişan mərasiminin keçiriləcəyi yer və digər detallar hələlik açıqlanmayıb. Ətraflı məlumatlar yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.