Həbsdəykən Belə Qazanc! Simge Barankoğlu Ayda Nə Qədər Qazanır?

News Image

Həbsdə olsa da gəlir əldə etməyə davam edir! Sosial media fenomeni Simge Barankoğlunun aylıq qazancı hər kəsi təəccübləndirib.

Türkiyə mediasının yaydığı məlumata görə, narkotik və fahişəliyə şərait yaratma ittihamları ilə həbs olunan Barankoğlunun rəqəmsal platformalardan gəlirləri davam edir. Məlumata əsasən, o, hazırda ayda təxminən 71 min 500 manat qazanır.

Xatırladaq ki, Barankoğlu həbs olunmazdan əvvəl aylıq 5 milyon TL qazanırdı. Həbsdən sonra izləyici sayında azalma olsa da, onun hələ də 40 min abunəçisi var.

Ötən ilin fevral ayında sosial media fenomenlərinə qarşı əməliyyat keçirilib. İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 6 nəfər həbs olunub. Onlara narkotik maddə əldə etmə, fahişəlik üçün şərait yaratma və narkotik maddə istifadəsini təşviq etmə kimi ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Instagram-da abunəlik sistemi kontent istehsalçılarına xüsusi məzmun təqdim etməklə aylıq gəlir əldə etməyə imkan verir.

0