Müğənni Günel Zeynalova, son zamanlarda baş verən edam hadisələrinə sosial media hesabında sərt reaksiya göstərib. Sənətçi, gənc bir insanın edam edilməsi ilə bağlı dərin narahatlığını ifadə edərək, bu hərəkətin ədalət və mərhəmət prinsiplərinə zidd olduğunu vurğulayıb.
Günel Zeynalova paylaşımında, “Etiraz etdi deyə edam etdiniz? Budur ədalət? Budur mərhəmət?” suallarını verərək, baş verənlərə etirazını bildirib. O, həmçinin, “Artıq nə deyəcəyimi bilmirəm. Allah insan yaratmadı ki, siz vicdan yoxsulu öz doğrularınızla gənc uşaqları edam edəsiniz” sözləri ilə dərin kədərini ifadə edib.
Sənətçi, paylaşımında eşitdiyi bir ifadəni də xatırladaraq, “Nə qarğış, nə söyüş, nə də başqa bir şey. İçinizdə nə yetişdirirsinizsə, bərəkətini görün” deyib. Bu sözlərlə, ədalətsizliyə və insanlığa zidd hərəkətlərə qarşı öz mövqeyini açıq şəkildə ortaya qoyub.