Gülay Zeynallı Efirdə Göz Yaşlarını Saxlaya Bilmədi –

News Image
thumb
thumb

Müğənni Gülay Zeynallı uzun fasilədən sonra qatıldığı televiziya proqramında duyğusal anlar yaşayıb. Canlı efirdə baş verən gözlənilməz hadisə studiyanı kövrəldib.

Proqram zamanı Arif Babayevin həyat yoldaşı telefonla zəng edərək Gülay Zeynallı haqqında xoş sözlər söyləyib. Bu sözlər müğənnini çox təsirləndirib. Sənətçi ünvanına deyilən təriflər gözlərini yaşardıb.

Emosiyalarını gizlətməyə çalışan Gülay Zeynallı sonda göz yaşlarına hakim ola bilməyib. O, özünə göstərilən diqqətə və verilən dəyərə görə təşəkkürünü bildirib. Bu anlar sosial mediada da geniş müzakirə olunub, izləyicilər müğənninin səmimiyyətini yüksək qiymətləndiriblər.