Firuzə İbadovadan Yaşlı Nəslə Dəstək: Tənqidlərə Sərt Cavab

News Image

Əməkdar artist Firuzə İbadova sosial mediada yaşlı ifaçılara qarşı edilən tənqidlərə öz münasibətini bildirib. O, yaşlı nəslin savadlı olduğunu vurğulayıb və özünün də səsinin hələ də gənc qaldığını qeyd edib.

Firuzə İbadova:

“Yaşlı müğənnilər gedib köhnə səs yazıları ilə oxuyurlar deyirlər. Siz bilirsiniz, o yaşlı nəsil nə qədər savadlıdır? Mənim 72 yaşım olacaq, amma səsim hələ də cavandır. Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır.”

İfaçı, həmçinin, yaxın zamanlarda köhnə mahnılarını yeni aranjimanla təqdim edəcəyini də bildirib.

2