Fərda Xudaverdiyev: “pulu Var, Amma Ruhən Kasıbdır”

News Image

Aktyor Fərda Xudaverdiyev məşhur bir youtube layihəsində qonaq olarkən maraqlı fikirlər səsləndirib. Sənətçi, varlı və kasıb insanlar arasındakı fərqlərə toxunaraq, cəmiyyətdəki düşüncə tərzini şərh edib.

Fərda Xudaverdiyev kasıb düşüncəsinə sahib olan insanları tənqid edərək, onların həyat tərzindəki tələskənliyi vurğulayıb:

“Kasıb sözünü sevməsəm də, kasıb düşüncəni qınayıram. Elə insanlar var ki, pulu olsa belə, ruhən kasıbdırlar. Kasıb insan hər zaman tələsir. Yemək yeyərkən çayı, çay içərkən qəlyanı, qəlyan çəkərkən isə oynamağı düşünür. Bu qədər tələskənlik içində olan insana Allah belə ruzi verə bilmir. Hətta dua edərkən belə, duanı bitirməmiş ruzisini fikirləşir.”

0