Əməkdar artist Elxan Şirinov maraqlı açıqlaması ilə diqqət çəkib. O, amerikalı naturopat Herbert M. Şeltonun xüsusi qidalanma üsulunu tətbiq etdiyini bildirib.
Elxan Şirinovun sözləri:
“Şeltonun üsulu var. Bir səhifədir, onu əzbərləmək üçün bir ay oxudum. Ondan sonra masada 100 cür yemək olsa belə, əlim hansını yemək istəyirsə, avtomatik olaraq ona gedir. Şelton üsulu ilə qidalanan insanın çətinlik çəkməsi mümkün deyil.”
Qeyd edək ki, Herbert Şelton özünü “naturopat” və “gigiyenist” kimi təqdim edirdi. O, müxtəlif alternativ sağlamlıq məktəblərində təhsil aldığını bildirsə də, aldığı diplomlar rəsmi tibbi universitetlərə məxsus deyildi.
Şeltonun üsuluna görə zülallar və karbohidratlar eyni vaxtda yeyilməməli, meyvələr isə ayrı vaxtlarda qəbul olunmalıdır.