Müğənni Elnur Məmmədov şəxsi həyatı ilə bağlı suallardan narazılığını ifadə edib. O, aparıcıların bu mövzuda ona suallar verməsindən şikayət edib.
Elnur Məmmədovun etirafı:
Sənətçi “Günə bax” proqramında bu barədə danışıb. O bildirib ki, bu mövzuda hər kəsə qadağa qoyub:
“Mənə iki sualı verməyin: ailəm, övladım, həyat yoldaşım haqda. Sevmirəm bunu işıqlandırmağı. Bir də sənət dostlarım haqda. İstədiyim vaxt istədiyim insandan danışaram. Hər şey o qədər düzgün qəbul edilmir ki… insanlar xoflu olur. Deyirəm, filankəs niyə bu rəngi geyinmisən? Başlayır küsür. Efirə gedirəm, aparıcı soruşur ki, ailən necədir, xanımının adı nədir, uşağını görmək istəyirəm. Toyumdan sonra bir neçə quruma müraciət etdim. Kimsə toyda ekrandan
Elnur Məmmədov əlavə edib ki, sosial şəbəkə hesablarını rəsmiləşdirmək istəyəndə onunla bağlı xəbərlər lazım olub. O, geyindiyi geyimi, içdiyi çayı işıqlandırmağı sevmədiyini, lakin bunların lazım olduğunu qeyd edib.
Qeyd edək ki, E. Məmmədovun iki oğul övladı var.