Elnarə Xəlilova verilişlərə qoyduğu şərtlərdən danışıb. Müğənni bildirib ki, verilişlərə yalnız işi, mərkəzi və gördüyü işlər haqqında danışmaq şərti ilə qatılır. Qeybətə gəlmədiyini vurğulayan Xəlilova, bəzən getdiyi verilişlərdə fərqli vəziyyətlərlə qarşılaşdığını da qeyd edib. O, gördüyü işləri reklam etmədiyini və milyonlarla baxış toplamadığını, real baxışlardan insanların nəyi sevib-sevmədiyini anladığını söyləyib.
Ailəsindən də söz açan Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovun hazırda universitetdə təhsil aldığını bildirib:
“3 oğlum məktəblidir, qızım universitetdə ikinci kursda oxuyur. Böyük oğlum universitetə hazırlaşır. Həyat yoldaşım da tələbədir, ikinci təhsil alır. İdarəçilik Akademiyasında üçüncü kursda oxuyur”.
Xanım sənətçi səhnədə qızıl ortanı tapmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər şey qədərində gözəldir. Çox azadlıq veriləndə qadın sənətçi cığırından çıxa bilər, çox zəncirlənəndə isə zəncirini qopardanda görməmiş olar. Buna görə də səhnədə də, sənətdə də qızıl orta olmalıdır. Həmçinin, sənətçinin üzərində böyük məsuliyyət olmalıdır ki, səhnədə özünü, sənəti və mədəniyyəti layiqincə təmsil edə bilsin.