Elnarə Xəlilova: Mən özümü şou-biznes müğənnisi hesab etmirəm.
Müğənni Elnarə Xəlilova Baku TV-də yayımlanan “Qapqara” verilişində maraqlı açıqlamalar verib. O, özünü mədəniyyət işçisi kimi qəbul etdiyini bildirib.
“Mən bu sahədə olmağı özüm seçmişəm. Şou-biznesdə meydan sulayanlar var, bu onların seçimidir. Mən onlara hörmət edirəm və onlar da mənə hörmətlə yanaşmalıdırlar.”
Elnarə Xəlilova sənətdə keyfiyyətin xalq tərəfindən müəyyən olunduğunu vurğulayıb:
“Reytinq cihazların ölçdüyü baxış sayıdır. Bu, “YouTube”da reklam vasitəsilə əldə olunan baxışlara bənzəyir. Hamımız bilirik ki, bu baxışlar saxtadır. Sinələrinə döyüb “milyonlar izlədi” deyirlər. Amma biz bilirik ki, sən o baxışları pulla almısan. Buna görə də sənətdə keyfiyyəti reytinq müəyyən etmir.”