Elməddin Cəfərov: “qısaqapanma”nı Bağladığıma Peşmanam!

News Image

Aktyor Elməddin Cəfərov “Qısaqapanma” verilişini bağladığı üçün peşman olduğunu dilə gətirib.

Sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb. O, layihənin bağlandıqdan sonra sosial mediada milyonlarla baxış topladığını qeyd edib:

Qısaqapanma adlı bir verilişim var idi. Pandemiya dövründə vəziyyətlə əlaqədar proqramı bağlamağa məcbur oldum. Veriliş o zaman o qədər də uğurlu deyildi, amma iki il sonra sosial şəbəkələrdə populyarlaşdı, milyonlarla baxış topladı. İndi yanıb tökülürəm ki, əgər bu qədər maraq göstərəcəkdinizsə, elə televiziyadan izləyərdiniz. Əgər belə uğurlu olacağını bilsəydim, heç vaxt bağlamazdım!” – deyə aktyor bildirib.

0