Britaniyalı Aktrisa Ceyn Lapoter Vəfat Etdi

News Image

Britaniyalı aktrisa Ceyn Lapoter 81 yaşında dünyasını dəyişib. Aktrisa daha çox “Tac” və “Daunton abbatlığı” seriallarındakı rolları ilə tanınırdı.

Bu barədə aktrisanın nümayəndələri məlumat yayıb. Lakin ölüm səbəbi açıqlanmayıb.

Ceyn Lapoter Brodveydəki çıxışlarına görə nüfuzlu “Tony” mükafatına layiq görülüb. O, “Evrika”, “Ledi Ceyn”, “Ay işığında qətl” kimi məşhur filmlərdə rol alıb.

Fevral ayında aktrisa dram sənətinə verdiyi töhfələrə görə Britaniya İmperiyası ordeni ilə təltif edilmişdi. Bu, onun sonuncu dəfə ictimaiyyət arasında görünməsi idi.

3