Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə yayımlanan mahnıları sərt tənqid edib. O, bu barədə “Qonaqcanlı” verilişində danışıb.
“TikTok, Instagram, YouTube-da səslənən mahnılar dözülməzdir. Bu, ürək sındırmaqdan da betərdir. Bağışlayın, amma həqiqətən çox pisdir”, – deyə müğənni bildirib.
Dadaşova süni intellektlə mahnıların yaradılmasını da qəbul etmədiyini vurğulayıb:
“Bir məclisdə şahidi oldum ki, yanımda süni intellektlə mahnı bəstələnir. Etiraz etmədim, amma bəstəkarlarımız illərini konservatoriyada keçiriblər. Bu iş asan deyil. Masa arxasında mahnı bəstələyirlər, sözlər də oradaca yazılır. İnanın, bu qədər sadə deyil. Oxuyun, qazanın, amma xahiş edirəm, mədəniyyətimizi bu hala salmayın!”