Ramazan bayramı ərəfəsində Türkiyənin məşhur sənətçiləri möhtəşəm konsert proqramları ilə səhnəyə çıxacaqlar. Bu musiqili gecələrdə sənətçilərin əldə edəcəyi qonorarlar isə fantastik məbləğlərə çatır.
Məlumatlara görə, Özcan Dəniz və Yıldız Tilbe hər biri 12 milyon lirə, Serhat Kaya 6 milyon lirə qazanacaq. Dərya Uluğ və Zeynəb Bastık isə 3 milyon lirəlik qonorar əldə edəcəklər. Ebru Gündəşin bayram konsertindən qazancı 25 milyon lirə, Sibel Canın isə 15 milyon lirə olacaq. Yaşar İpək isə 2 milyon lirə qazanacaq.
Bu bayram konsertləri həm sənətçilər, həm də musiqi həvəskarları üçün unudulmaz anlar vəd edir.