Yanvarın 25-də Bakıda, High Boost restoranında “Rich Events Group”un təşkilatçılığı ilə “Miss & Mister Of Azerbaijan” layihəsinin kasting mərhələsi uğurla keçirildi.
Kastingdə ölkənin müxtəlif bölgələrindən olan gənclər öz bacarıqlarını və potensiallarını nümayiş etdirdilər. Tədbirin əsas məqsədi beynəlxalq səviyyədə ölkəmizi təmsil edə biləcək yeni simaları üzə çıxarmaqdır.
Peşəkar münsiflər heyəti iştirakçıların xarizmasını, səhnə duruşunu və özünü təqdim etmə bacarığını qiymətləndirdi.
Layihənin rəhbəri Aqil İlqar oğlu, icraçı direktoru isə Pərviz Əzimzadədir. Münsiflər heyətinin sədri Xalq Artisti Tünzalə Ağayevadır. Heyətdə dizayner Orxan Sultan, professor Yaşar İbadov, aparıcılar Ada Süleyman, Ayşən Alişanova və digər tanınmış şəxslər yer alıb.
Finala 22 xanım və 22 bəy vəsiqə qazanıb. Onların adları yuxarıda qeyd olunub.
Tədbir moda və gözəllik həvəskarlarının böyük marağına səbəb oldu. Layihə gələcəkdə də gənc modellərin inkişafına dəstək olacaq.