Aygün Bəylərin Vəsiyyəti Açıldı: Bacısı Zümrüddən ürək Parçalayan Sözlər

News Image

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd, sənətkarın vəsiyyəti ilə bağlı duyğusal açıqlamalar verib.

Zümrüd, bacısının ona olan mənəvi dəstəyini xatırlayaraq, Aygün Bəylərin həyatında və sənət yolunda ona hər zaman yol göstərdiyini vurğulayıb. O, bacısının yaxşılıqlarını heç vaxt unutmayacağını bildirib.

İfaçı Zümrüd əvvəllər “Zümrüd Aydın” səhnə adı ilə tanınırdı. Daha sonra atasının adını yaşatmaq qərarına gəlib. Bu dəyişiklikdə Aygün Bəylərin də rolu böyük olub. Zümrüd xatırlayır: “Aygün bunu eşidəndə dedi ki, ‘Zümrüd Aygün’ adını götür. Mən də dedim ki, sən varsan, atamın adını yaşadıram. Amma onun vəfatından sonra düşündüm ki, bəlkə də bu, onun bir növ vəsiyyəti idi”.

Zümrüd, bundan sonra bacısının adını yaşatmanın onun üçün xüsusi önəm daşıdığını qeyd edib. O, gələcəkdə Aygün Bəylərin övladının bu adı davam etdirəcəyinə ümid etdiyini bildirib.

Sənətçinin bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub.

0