Ava Yamanın Iftar Dəvətindəki Geyimi Müzakirə Yaratdı –

News Image
thumb
thumb

Gənc aktrisa iftar dəvətindəki seçimi ilə diqqət çəkdi

TRT1-də yayımlanan “Taşacak Bu Deniz” serialında Eleni obrazı ilə tanınan aktrisa Ava Yaman, Bilal Ərdoğanın təşkil etdiyi iftar mərasiminə qatılıb. Onun tədbirdəki görünüşü sosial mediada müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər aktrisanın makiyajsız və təbii görünüşünü, həmçinin geyim tərzini tənqid ediblər. Digərləri isə Yamanı müdafiə edərək, bu reaksiyaların əsassız olduğunu bildiriblər. Aktrisanın saç düzümü və geyimi ilə bağlı şərhlər xüsusilə diqqət çəkib.

İddialara görə, Ava Yaman dəvətə hazırlıqsız qatılıb. Çəkilişdə olduğu üçün müsahibə veriləcəyindən xəbəri olmayan aktrisa, son anda hazırlaşıb tədbirə gəlib. Menecerinin olmaması səbəbindən bu cür hallarla qarşılaşdığı vurğulanaraq, ona qarşı sərt tənqidlərin ədalətsiz olduğu qeyd edilib.

0