Azərbaycanın məşhur ATV telekanalında gözlənilməz dəyişiklik baş verib. Kanal rəhbərliyinin qərarı ilə iki populyar veriliş – “Bizimləsən” və “Rəngarəng” efirdən çıxarılıb.
Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan “Bizimləsən” və Zaur Nəbioğlunun təqdimatında olan “Rəngarəng” verilişlərinin dayandırılması xəbəri tamaşaçıları şoka salıb.
ATV-nin mətbuat xidməti bu məlumatı təsdiqləyib. Kanal rəhbərliyi tərəfindən qəbul edilən bu qərarın səbəbləri hələlik açıqlanmır.
Digər tərəfdən, ARB telekanalında da efir siyasətində ciddi dəyişikliklərin olacağı gözlənilir. Yaxın günlərdə hansı verilişlərin yayımdan çıxarılacağı isə maraqla gözlənilir.