Almaxanım əhmədli Məhkəmədə Jurnalist əli Vəliyevə Uduzdu: Təkzib Və üzr!

News Image

Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə jurnalist Əli Vəliyevə uduzub. Məhkəmənin qərarına əsasən, Almaxanım Əhmədli Əli Vəliyevdən üzr istəməli və onun haqqında yayımladığı bütün böhtan xarakterli məlumatları silməlidir.

Əli Vəliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, məhkəmə prosesi Səbail rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilib. Prosesdə Almaxanım Əhmədlinin təkzib verməsi, üzr istəməsi və onun haqqında olan bütün yazdıqlarını silməsi barədə qərar qəbul olunub.

Jurnalist, həmçinin, Almaxanım və Vüqar Əhmədi ona böhtan atdıqları üçün məhkəməyə verdiyini qeyd edib. Ə.Vəliyev bildirib ki, bir müddət əvvəl Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlayıb. O da