Yorğunluq Və Qamət Problemi: Səbəb Dişlərin Düzgün Qapanmamasıdır?

News Image

Qamətin əyilməsi, səhərlər yorğun oyanmaqyuxu zamanı xoruldama kimi problemlərinizin səbəbi dişlərin və çənənin düzgün qapanmaması ilə əlaqəli ola bilər. Rusiya stomatoloqu Viktoriya Karatayevanın sözlərinə görə, çənənin qeyri-düzgün mövqeyi əzələ disbalansına səbəb olur və bu da müxtəlif problemlərə yol açır.

Malokklüziya nədir?

Malokklüziya, yəni dişlərin qeyri-düzgün qapanması müxtəlif formalarda özünü göstərə bilər. Çənə sümüyünün struktur pozuntuları tənəffüs prosesinə də mənfi təsir göstərir. Belə ki, damaq və yuxarı çənə daraldıqda tənəffüs yolları kiçilir və insan ağızla nəfəs almağa məcbur olur. Bu da yuxu apnesi və xoruldama riskini artırır, gecə vaxtı beyinə kifayət qədər oksigenin çatmamasına səbəb olur. Nəticədə, insan gün ərzində özünü yorğun, əsəbi və halsız hiss edir.

Ağızdan nəfəs almaq ağız boşluğunun qurumasına, selikli qişanın iltihablanmasına və kariyes riskinin artmasına səbəb olur. Bu fəsadlardan qorunmaq üçün diş qapanmasının bərpa edilməsi vacibdir.

Diagnoz və müalicə

Miqren və xroniki baş ağrılarından əziyyət çəkən bəzi pasiyentlərdə əsas problem malokklüziya və çənə-gicgah oynaqlarının fəaliyyət pozuntuları ilə bağlıdır. Xəstəliyin diaqnostikası üçün ortodont müayinəsi tələb olunur. Zərurət yaranarsa, MRT, kompüter tomoqrafiyası və ya rentgen müayinəsi aparılır. Müalicə üsulu xəstənin yaşından və patologiyanın ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Kiçik yaşlılarda xüsusi lövhələr və çənəni genişləndirən aparatlar, böyüklərdə isə hizalayıcı sistemlər və breketlər tətbiq olunur. Müasir ortodontiya texnologiyaları sayəsində hər yaşda dişləmə qüsurlarını aradan qaldırmaq mümkündür.

3