Yazda Yuxu Problemləri: Səbəbləri Və Həlli Yolları

News Image

Mart ayında yuxu problemləri niyə yaranır? Bir çox insan yazın gəlişi ilə yuxusuzluqdan və ya həddindən artıq yuxululuqdan şikayət edir. Klinik farmakoloq Tatyana Molostova bu vəziyyətin səbəblərini izah edib.

Onun sözlərinə görə, bu, orqanizmin mövsüm dəyişikliklərinə uyğunlaşması ilə əlaqədardır. İnsan yuxusu sirkadiyal ritmlərə əsaslanır və bu ritmlər fəsillərə görə dəyişir. Yazda günlərin uzanması serotonin hormonunun səviyyəsini artırır. Qışdan sonra orqanizm yeni şəraitə adaptasiya olmağa çalışdığı üçün yuxu pozuntuları baş verə bilər.

Ekspert qeyd edib ki, qışda günəş işığının azlığı melatonin hormonunun səviyyəsini yüksəldir, bu da yuxululuq hissi yaradır. Yazda isə gün işığının artması bioloji saatı dəyişir.

Yuxu rejimini necə bərpa etmək olar?

Həkim yuxu rejimini normallaşdırmaq üçün hər gün eyni vaxtda yatmağı və oyanmağı tövsiyə edir. Həmçinin, fiziki aktivliyi artırmaq və yatmazdan əvvəl telefon istifadəsindən qaçınmaq lazımdır.

Orqanizmin yaz mövsümünə tam uyğunlaşması üçün müəyyən vaxt lazımdır.