Uşaqlarda Dərsə Marağı Niyə Azalıb? Psixoloq Səbəbləri Açıqladı

News Image

Müasir dövrdə valideynləri və müəllimləri narahat edən əsas məsələlərdən biri uşaqların dərsə marağının azalmasıdır. Bu problemin kökündə bir çox amillər dayanır.

Bəs bu amillər nələrdir?

Psixoloq Gülsər Qədirli bu barədə bunları deyib:

Daxili motivasiyanın zəifləməsi: Uşağın öyrəndiyi mövzunun həyatla əlaqəsini görməməsi marağı azaldır.

Diqqətin dağılması: Sosial şəbəkələr və oyunlar beyni sürətli mükafat sisteminə alışdırır, bu da dərsin yorucu gəlməsinə səbəb olur.

Təzyiq və yüksək gözləntilər: Uşağın yalnız nəticəyə görə qiymətləndirilməsi öyrənməni stress

Özünə inamın aşağı olması: “Bacarmıram” düşüncəsi uşağı cəhd etməkdən çəkindirir.

Emosional vəziyyət: Ailədaxili gərginlik və narahatlıqlar diqqəti zəiflədir.

Psixoloqun fikrincə, dərsə marağın azalması uşağın daxil olduğu mühitin nəticəsidir. Marağı geri qaytarmaq üçün öyrənməni kəşf kimi təqdim etmək lazımdır.

1