Sumqayıt Dövlət Universiteti Işçilərinə Bayram Mükafatı Verdi!

News Image

Sumqayıt Dövlət Universiteti Novruz və Ramazan bayramları münasibətilə əməkdaşlarını sevindirib. Universitet rəhbərliyi bütün işçilərinə 400 manat məbləğində bayram mükafatı verib.

Şəhid ailəsi olan işçilər isə daha yüksək məbləğdə, 500 manat mükafat alıblar. Bu jest universitetin əməkdaşlarına verdiyi dəyəri və bayram əhval-ruhiyyəsini artırmaq məqsədini daşıyır.

Qeyd edək ki, bu il Novruz və Ramazan bayramları üst-üstə düşür. Belə ki, 20-21 mart tarixləri həm Novruz, həm də Ramazan bayramı kimi qeyd olunur.

3