Siqareti Tərgitməyin ən Vacib Səbəbi: Bədən Nə Zaman Təmizlənir?

News Image

Siqareti tərgitmək xərçəng riskini azaldır!

Rusiyalı onkoloq Basir Bammatov siqareti tərgitməyin qida borusu, ağız boşluğu və böyrək xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığını bildirib.

Siqaretin immun sistemini zəiflətdiyini vurğulayan həkim, tütün tüstüsünün hüceyrələrin DNT-sində mutasiyalara səbəb olduğunu və orqanizmin müdafiə mexanizmlərini sıradan çıxardığını qeyd edib. Bu vərdiş ağciyər, qırtlaq, ağız boşluğu, qida borusu, mədəaltı vəzi, sidik kisəsi və böyrək xərçəngi riski ilə birbaşa əlaqəlidir. Hətta passiv siqaretçəkmə belə, xüsusilə uşaqlarda və yeniyetmələrdə xərçəng ehtimalını artırır.

Həkimin sözlərinə görə, siqareti tərgitdikdən sonra orqanizm bərpa olunmağa başlayır. İlk 10 il ərzində ağciyər xərçəngi riski 50-70% azalır. 15 ildən sonra isə bu risk demək olar ki, heç vaxt siqaret çəkməyən insanların səviyyəsinə enir.

0