İdeal Sağlamlığın 4 Əsas Əlaməti
İspaniyalı diyetoloq Saul Sançes Arias sağlamlığın əsas göstəricilərini açıqlayıb. Onun fikrincə, sakit vəziyyətdəki tənəffüs tezliyi sağlamlığın mühüm göstəricisidir. Dəqiqədə 18-dən az nəfəs alma ürək-damar sistemini və emosional tənzimləməni yaxşılaşdırır, rahatlığı təmin edir və stresi azaldır.
Tarazlıq Qabiliyyəti: Gözlər açıq vəziyyətdə bir ayaq üstə 30 saniyədən çox dayanmaq sinir sisteminin düzgün işləməsinin göstəricisidir və uzunömürlülüyün rəmzi hesab olunur.
Planka Hərəkəti: Üfüqi planka vəziyyətində 30 saniyədən çox qalmaq visseral yağın aşağı səviyyədə olduğunu göstərir.
Əl Sıxma Gücü: Əl sıxma gücünün zəif olması ciddi xəstəliklərlə əlaqələndirilir. Turşu bankasını əllə açmaq bu gücü yoxlamaq üçün sadə bir üsuldur.