Ramazan ayından sonra orqanizm normal qidalanma rejiminə keçməlidir. Həzm sistemini yükləməmək üçün gün ərzində 3 əsas və 1-2 ara qəbul etmək daha uyğundur.
Səhiyyə Nazirliyinin mütəxəssisi, qastroenteroloq Emin Məmmədov bildirib ki, səhər yeməyi mütləq olmalıdır. Günün ilk yarısında zülal və lifli qidalar (yumurta, qatıq, pendir, yulaf, tam taxıllı çörək, tərəvəz və meyvələr) üstünlük təşkil etməlidir.
Bayram günlərində yağlı yeməklər və şirniyyatlar həzm sistemində narahatlıq yarada bilər. Buna görə də, az-az yemək prinsipinə əməl etmək lazımdır. Yeməyə şorba, salat və ya yüngül zülal