Qocalığın başlama yaşı dəyişir: Yeni faktlar
Rusiyalı terapevt Pavel Vorobyov bildirib ki, rəsmi olaraq yaşlılıq dövrü 60 yaşdan başlasa da, reallıqda bu yaş daha aşağı ola bilər.
Erkən yaşda üzə çıxan xəstəliklər: Ürək xəstəlikləri 45 yaşlılarda, diabet isə hətta gənclərdə belə müşahidə olunur.
Qocalıq yaşının artması: Tibbin inkişafı, yeni müalicə üsulları və infeksiyaların azalması qocalığın başlama yaşını artırır.
Həkimin sözlərinə görə, bu gün 60 yaşlılar əvvəlki 40 yaşlılar kimi görünür, 75-80 yaşlılar isə normal həyat yaşayır.
Əsas meyar: Qocalığın əsas meyarı insanın özünü necə hiss etməsi və öz yaşını necə qiymətləndirməsidir.