Qarabağdan Yayılan Novruz Istisi: Azad Torpaqlarda Yeni Bayram Sevinci

News Image

Novruz bayramı: Dirçəliş və Birlik Rəmzi

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramı xalqımızın ən sevimli və hörmətli bayramlarından birinə çevrilib. Xüsusilə 2021-ci il martın 20-si, Şuşada Cıdır düzündə Prezident İlham Əliyevin xalqımızı təbrik etməsi ilə bu bayram tamam başqa bir məna kəsb etdi.

Novruz təkcə təbiətin deyil, həm də düşüncələrin yenilənməsidir. Zərdüştilikdə bu bayram xeyirxah düşüncələr, gözəl sözlər və savab əməllərlə əlaqələndirilir.

Beynəlxalq Novruz Günü

Novruz yalnız türk xalqları üçün deyil, bütün bəşəriyyət üçün mənəvi dəyərdir. İslamdan əvvəlki dövrlərə gedib çıxan bu bayram, 2010-cu ildə BMT tərəfindən Beynəlxalq Novruz Günü kimi qəbul edilib.

Ulu Öndər Heydər Əliyev Novruzun milli kimliyimizlə bağlılığını vurğulayaraq, bir gün bu bayramın Şuşada, Laçında, Kəlbəcərdə qeyd olunacağına inandığını bildirmişdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra bu arzu reallaşdı. 2021-ci il martın 21-də Şuşada yandırılan tonqal bütün ölkəyə sevinc bəxş etdi.

Qarabağda Yenidənqurma və Qayıdış

Hazırda azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır. Köçkünlərimiz yeni evlərinə qayıdır, Zəngilan, Laçın, Füzuli və Cəbrayıl sakinləri Novruzu öz doğma ocaqlarında keçirirlər. Bu, dövlətimizin gücünün və xalqımızın birliyinin təcəssümüdür.

2